Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyan Putinə indi də BELƏ YALTAQLANIR - Üçlü görüşdən əvvəl RUSCA JEST

Paşinyan Putinə indi də BELƏ YALTAQLANIR - Üçlü görüşdən əvvəl RUSCA JEST

Tarix: 29 Oktyabr 2022 07:26

Xəbər verdiyimiz kimi, dünən Rusiya prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında diqqətçəkən açıqlamalar verib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Rusiya lideri Azərbaycan-Ermənistan məsələsi ilə bağlı da mühüm məqamlara toxunub.

Putin vurğulayıb ki, Rusiya illərdir Ermənistana Qarabağ məsələsini 5 rayonu Bakıya qaytarmaqla həll etməyi təklif edir, lakin İrəvan öz yolu ilə gedir: "Ermənistan administrasiyası öz yolu ilə getdi. Bugünkü vəziyyət məhz bu seçimə görə formalaşıb".

"Valday" Beynəlxalq Diskussiya Klubunun dünən keçirilən 19-cu plenar iclasında Rusiya prezidenti Vladimir Putinin Qarabağ məsələsində Ermənistanın mövqeyini tənqid edən bəyanatları Ermənistanın baş naziri Nikol Paşinyanı hərəkətə keçirməyə sövq edib.

Təşvişə düşən Paşinyan bu gün Rusiyanın Soçidə təqdim edəcəyi prinsipləri qəbul etməyə hazır olduğu barədə paylaşım edib. Özü də rus dilində...

"Sentyabrın əvvəlində Ermənistan Azərbaycanla dövlətlərarası münasibətlərin qurulması üçün Rusiya Federasiyasının təqdim etdiyi prinsiplərlə razılaşıb və bunu Soçidə təsdiq etməyə hazırıq. Ümid edirik ki, Rusiya da bu razılaşmanı dəstəkləyəcək", - o bildirib.

Bəs Ermənistan hansı sülh razılaşmasına üstünlük verəcək?

Sülh sazişi ilə bağlı Ermənistanın seçiminə Rusiyanın dəstək verəcəyini deyən Putin sülh sazişinin hansı variantına üstünlük veriləcəyi sualını da vurğulayıb.

Putin Ermənistana heç bir şey tətbiq etməyəcəklərini bildirib: "Erməni xalqı və indiki Ermənistan administrasiyası Qarabağla bağlı Vaşinqtonun müəyyən etdiyi qondarma sülh sazişinin variantının seçilməli olduğuna inanarsa, biz onların seçiminə hörmətlə yanaşacağıq. Mən başa düşdüm ki, bu, Azərbaycanın bütövlükdə Qarabağ üzərində suverenliyinin tanınmasını təmin edir. Ermənistan bunu seçərsə, biz bu seçimi dəstəkləyəcəyik. Əgər erməni xalqı və Ermənistan administrasiyası bununla razılaşmasa və müzakirə edilməli olduğuna inanırsa, bu da mümkündür. Amma onlar mütləq Azərbaycanla danışıqlar aparmalıdırlar".

Putin həmçinin vurğulayıb ki, sazişlər Azərbaycan üçün də məqbul olmalıdır.

Milli.Az


Etiketlər:  Paşinyan Putinə indi BELƏ YALTAQLANIR Üçlü görüşdən əvvəl RUSCA JEST


RƏYLƏR