Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2022 12:48
"Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xerson vilayətindəki son hərəkətləri onların ərazidən çəkilməyə hazırlaşdıqlarını göstərir".
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.
Bildirilib ki, Knyaz Qriqori Potemkinin meyitinin qalıqlarının və mülki əhalinin Xersondan çıxarılması bu ehtimalı daha da artırır.
Qeyd edək ki, Rusiya bu il fevralın 24-dən Ukraynaya qarşı müharibəyə başlayıb.