Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2022 20:04
"Çox yaxşı başladıq. İlk dəqiqələrdən nə istədiyimizi göstərdik".
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf deyib.
Rumıniyalı mütəxəssis Misli Premyer Liqasının XII turunun "Zirə" ilə görüşü barədə fikirlərini oyunsonrası mətbuat konfransında açıqlayıb: "Rəqibi təzyiq altda saxladıq. Topa sahibolma bizdə idi. İtirən kimi geri almağa çalışırdıq. Son iki oyunumuzda çatışmayan da bu idi. Futbolçulara dedim ki, mübarizə aparın. Bizim oyunçularda keyfiyyət var. Onları qələbə üçün təbrik edirəm. Bu cür davam etməliyik. Yenə Azər Əliyevi itirdik. Bilmədim nə oldu. Bəxtsizlikdir. Ona görə üzülürəm. Amma Azər Salahlı üçün sevinirəm. Onu 75 dəqiqə oynatmağı planlaşdırmırdıq. Vato da buğun yaxşı oynadı. Növbəti matça hazırlaşmalı, daha yaxşı olmalıyıq".
Baş məşqçi Azər Salahlının tezliklə formasını bərpa edəcəyini də qeyd edib: "Əsas qaçmaq, mübarizə aparmaq, komanda olmaqdır. Bunun da üzərinə futbolçuların keyfiyyəti gəlir. Rəqibə imkan vermədik ki, imkan yaratsın. Topu itirən kimi onu qaytarmağa çalışırdıq. Azər Salahlı addım-addım qoşulmalı idi. Amma bu gün çox oynatmalı olduq. Bu, risk idi. Başqa çıxış yolumuz yox idi. Düşünürəm ki, daha yaxşı olacaq. O, ciddi oyunçudur, yaxşı məşq edir. Əminəm ki, əvvəlki formasını tezliklə bərpa edəcək".
Qeyd edək ki, "Neftçi" səfər oyununda 3:0 hesablı qələbə qazanıb.