Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2022 20:18
Oktyabrın 29-da Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Türkiyə parlamentinin deputatı Karo Paylanı qəbul edib.
Sonxeber.net turkustan.az-a istinadən xəbər verir ki, bu barədə Levon Ter-Petrosyanın "Facebook" səhifəsində foto əlavə edilmiş paylaşımından məlum olub.
Qeyd olunur ki, iki saatdan çox davam edən söhbət Ermənistan-Türkiyə münasibətlərinin normallaşması perspektivlərindən gedir.
Söhbətə sonradan birinci prezidentin baş müşaviri Jirayr Liparityan da qoşulub.