Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropada COVİD-19-a yoluxmaların yeni dalğası başlaya bilər

Avropada COVİD-19-a yoluxmaların yeni dalğası başlaya bilər

Tarix: 31 Oktyabr 2022 08:24

Yaxın həftələrdə Avropada COVİD-19-a yoluxmaların yeni dalğası ilə üzləşəcək.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Avropa Dərman Vasitələri Agentliyi xəbərdarlıq edib.

Qurumun nümayəndələri pandemiyanın hələ bitmədiyini, virusun "omikron" variantının mutasiyasının davam etdiyini bildiriblər. Mütəxəssislər bəzi mutasiyaların digərlərindən daha çox narahatlıq doğurduğunu qeyd edirlər. Onların sözlərinə görə, payız və qışda qrip və COVİD virusları eyni vaxtda yayılacaq. Bununla əlaqədar, avropalılara, xüsusilə risk qrupunda olanlara peyvənd olunmaq, profilaktik tədbirlər görmək tövsiyə edilir.


Etiketlər:  Avropada COVİD yoluxmaların yeni dalğası başlaya bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ