Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2022 23:32
Şahmat üzrə dünya çempionu Anatoli Karpov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, oktyabrın 29-da 71 yaşlı qrossmeysterin yıxılaraq xəsarət aldığı bildirilib.
Karpov hazırda neyrokritik müalicə şöbəsindədir. Ona kəllə-beyin travması və bud sümüyünün sınığı diaqnozu qoyulub.
Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır.