Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2022 19:44
Rusiyada, Tümen vilayətinin Tobolsk rayonunda itin təsadüfən yerə atdığı silahdan açılan atəş nəticəsində kişi ölüb.
Sonxeber.net bildirir ki, bu barədə Ura.ru hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verib.
"İki kişi balıq tutmağa getdi. Yanlarında itlər də vardı. Versiyalardan birinə görə, heyvan silaha dəydi, bundan sonra o, düşərək atəş açıb. Nəticədə kişilərdən biri yaralanıb", - nəşrin mənbəsi bildirib.
Onun sözlərinə görə, bir müddət sonra xəsarət alan balıqçı huşunu itirib və dünyasını dəyişib. Hadisə yerində istintaq qrupu işləyir.
İrfan Vəliyev