Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2022 21:21
"Azərbaycan Soçi bəyanatının mətnindən Qarabağa istinadları çıxara bilib".
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu erməni politoloq Armen Aşotyan deyib.
"Soçi görüşünün yekun bəyanatı Ermənistan üçün məyusedicidir. Baxmayaraq ki, görüşdən əvvəl siyasi və informasiya axınlarında Qarabağın müəyyən subyektivliyi ilə bağlı fikirlər intensiv şəkildə tirajlanırdı, amma bəyanatın faktiki mətnində Qarabağın adı tamamilə yoxdur. Hətta Rusiya sülhməramlılarının missiyasına istinad edən hissədə də Qarabağın adı coğrafi baxımdan belə qeyd olunmur. Əvəzində "onun yerində" ifadəsi işlədilir.
Rusiya prezidenti bəyanat layihəsinin bəzi hissələrinin çıxarıldığına eyham vurub. Mətnin ilkin variantını görmək maraqlı olardı, amma fakt faktlığında qalır ki, Azərbaycan Qarabağa istinadları mətndən çıxara bilib", - ekspert bildirib.