Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kişilərin içdiyi bu içki beyin üçün ən təhlükəlidir

Kişilərin içdiyi bu içki beyin üçün ən təhlükəlidir

Tarix: 1 Noyabr 2022 21:36

Həkimlər beyin üçün ən təhlükəli içkini açıqlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, kişilərin çox içdiyi pivə insult riskini 70% yüksəldir.
Bu nəticəyə Kanada alimləri gəlib.

Onlar tədqiqatlarında sübut ediblər ki, ayda cəmi 5 pors - yəni 1 litr pivə qəbul etmək kifayətdir ki, beyinə təsir baş versin.

Pivə beyin qan dövranını pozur, damarlarda tromb əmələ gəlməsini sürətləndirir.

İşemik insult zamanı xəstəni ilk saatlarda xilas etmək mümkündür, əgər trombu damardan qısa müddətdə xaric edə bilsələr.

Hemorragik insult isə ən ağırıdır və xəstələri iflic edir. Pivə məhz bu növ insulta səbəb ola bilir. O, hemorragik insult riskini 70%, işemiki isə 21% yüksəldir.

Milli.Az


Etiketlər:  Kişilərin içdiyi bu içki beyin üçün ən təhlükəlidir


RƏYLƏR