Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2022 22:36
Tez-tez mədə qıcqırması və qarında köp mədəaltı vəzi problemindən ola bilər.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, onkoloq Vorobyev mədəaltı vəz xərçəngi olan pasiyentlərin məhz bu şikayətləri etdiyini deyib.
"Xəstələr diaqnozdan öncə həzm,mədə pozulması, qarında köp, sancı, ürəkbulanma hiss edirlər.
Simptomlar şişin vəzdə konkret hansı hissədə olamsından asılıdır: vəzin başında, yoxsa quyruğunda.
Əksər şişlər həzm şirəsi ifraz olunan hüceyrələrdə başlayır.
Ən geniş yayılmış növü adenokarsinomadır.
Sadaladığım simptomlar əhali arasında geniş yayılıb, əksər hallarda bu vəzin xərçəngindən deyil.
Amma əgər mədə müalicələri bu əlamətləri götürmürsə, deməli, mədəaltı vəz diqqətlə, MRT və KT ilə yoxlanlıdır".