Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xerson sakinləri bu tarixdə təxliyyə olunacaq

Xerson sakinləri bu tarixdə təxliyyə olunacaq

Tarix: 2 Noyabr 2022 07:30

Noyabrın 6-dan Xerson vilayətinin Kaxovka rayonunda məcburi təxliyyə başlanacaq.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumat Kaxovka rayon administrasiyasının teleqram kanalında yayılıb.

Belə ki, hərbi təhlükənin yüksək olması ilə əlaqədar rayon rəhbərliyi sakinləri özləri ilə sənədlər, pul, qiymətli əşyalar və isti paltar götürərək dərhal yaşayış məntəqələrini tərk etməyə çağırıb.

"Dərhal qəsəbəni tərk edin. Həyatınız təhlükədədir. Böyük hərbi təhlükə gözlənilir", - deyə məlumatda bildirilir.


Etiketlər:  Xerson sakinləri tarixdə təxliyyə olunacaq


RƏYLƏR