Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2022 02:24
Rusiyada, Kalininqrad vilayətinin Qonçarovo kəndində səkkizinci sinif şagirdi anası ona veyp (siqaret) çəkməyi qadağan etdikdən sonra intihar edib.
Sonxeber.net bildirir ki, bu barədə "Amber Mash" Telegram kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, bazar ertəsi, oktyabrın 31-də oğlanın anası növbəti dəfə onunla siqaretin zərərləri barədə söhbət edib. Bundan sonra uşaq qorxub və meşəyə gedib, daha sonra onun meyitini böyük qardaşı, onuncu sinif şagirdi tapıb. Mərhumun intihar prosesini telefonla lentə aldığı bildirilib.
Qeyd edək ki, bir neçə il əvvəl uşağın atası da öz həyatına son qoyub.
Yeniyetmənin intiharı barədə Kp.ru da məlumat yayıb. Lakin nəşrin mənbəsinin sözlərinə görə, hər şey Qonçarovo ilə həmsərhəd olan Domnovo kəndində baş verib.
İrfan Vəliyev