Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ögey oğlunu nəvəsinin gözü qarşısında öldürdü

Ögey oğlunu nəvəsinin gözü qarşısında öldürdü

Tarix: 3 Noyabr 2022 04:24

Rusiyada, Udmurtiyada 65 yaşlı Seltin bölgəsinin sakini arvadının oğlunu öldürdüyünə və nəvəsini öldürməklə hədələdiyinə görə 10 il sərt rejimli koloniyaya məhkum edilib.

Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

İstintaqın məlumatına görə, bu il yanvarın 15-də axşam saatlarında rusiyalı ögey oğlu ilə spirtli içki qəbul edib. Onların arasında münaqişə yaranıb və bu zaman müttəhim bıçağı götürərək nəvəsinin gözü qarşısında ögey oğluna bir neçə bıçaq zərbəsi vurub. O, yerindəcə dünyasını dəyişib.

Eyni zamanda nəvə babasından atasını öldürməyi dayandırmasını istəyəndə ona bıçağı göstərib və onu da öldürməklə hədələyib.

İrfan Vəliyev


Etiketlər:  Ögey oğlunu nəvəsinin gözü qarşısında öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ