Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2022 08:24
Böyük Britaniya hökuməti dörd rusiyalı iş adamına: Aleksandr Frolov, Aleksandr Abramov, Ayrat Shaymiyev və Albert Şiqabutdinova qarşı iqtisadi sanksiyalar tətbiq edib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə Britaniya Xarici işlər nazirliyi tərəfindən məlumat yaylıb. Dörd biznesmen burada "oliqarx" olaraq adlandırılıb.
Onların dördünün də Böyük Britaniyaya girişi qadağan edilib və bu ölkədəki aktivləri dondurulub.
Hökumətin bəyanatında Frolov, Abramov, Şaymiyev və Şiqabutdinovun "Putini, Ukraynadakı müharibəni dəstəklədikləri və bu məqsədlə Rusiya sənayesini səfərbər etdikləri" qeyd olunur.
Abramov və Frolovun qurucusları olduğu "Evraz" polad və mədən şirkətinin Kreml rejiminə yaxınlığı ilə bilinən Roman Abramoviçlə sıx bağlantıları var.
Hər iki oliqarx Britaniyada daşınmaz əmlaka 100 milyon funt sterlinq məbləğində sərmayə də qoyublar.
TAIF-NK neft emalı zavodunun həmsahibi və "Tatavtodor ASC"nin baş direktoru Ayrat Şaymiyev Tatarıstanın ilk prezidenti Mintimer Şaymiyevin oğludur. Albert Şiqabutdinovun baş direktor olaraq rəhbərlik etdiyi "TAIF" şirkəti Tatarıstanın kimya və neft-kimya emalı sənayesinin 96%-nə nəzarət edir.
"Bu adamları təqib etməklə biz Putinə iqtisadi təzyiqi artırırıq və Ukrayna qalib gələnə qədər bunu davam etdirəcəyik",-deyə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli xüsusi bəyanat yayıb.
Ümumilikdə, Böyük Britaniyanın sanksiya siyahısında artıq 1000-dən çox Rusiya vətəndaşı var.