Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2022 14:15
Müğənni Şəbnəm Tovuzlu illər sonra ilk dəfə həyat yoldaşı Hacı Ramilin üzünü göstərməsindən danışıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə o, "Xəzər axşamı" proqramında açıqlama verib.
"Artıq 9 ildir. O, sevmir, reklam etsin, özünü göstərsin. Bu normaldır. Bir bəyin fikrinə hörmət etmişəm. Amma belə bir söhbət oldu. Onu siz tanıyırsınz, yaxud da İslam (Aparıcı İslam Mehrəliyev) tanıyır. Amma məsəl üçün filankəs tanımır. Sosial şəbəkələrə baxırıq, elə şərhlər yazırlar ki... Hər kəsə şamil etmirəm 20 faiz insan bambaşqa sözlər deyir. O da insandır, düşündü ki, arıtq 9 ildir. Dedi, Əli ilə şəklimi özüm paylaşacam, kim nə deyirsə elə özümə desin. Maşallah, körpənin atası, ad, soyadı varsa, ona heç kim nəsə deyə bilməz", - deyə, Şəbnəm bildirib.