Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pike karyerasını bitirdiyini açıqladı

Pike karyerasını bitirdiyini açıqladı

Tarix: 4 Noyabr 2022 16:04

"Barselona"nın məşhur futbolçusu Jerard Pike karyerasını bitirmək niyyətində olduğunu açıqlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, Pikenin sözlərinə görə, o, bütün mümkün nailiyyətləri əldə edib və artıq çıxışını başa vurmağın vaxtıdır.

"Son həftələr, aylar çoxları mənim haqqımda danışır. İndiyə qədər cavab verməmişəm. Amma indi danışacam. Bir çoxlarınız kimi mən də həmişə "Barsa" azarkeşi olmuşam. Mən futbol və "Barselona" azarkeşləri ailəsində doğulmuşam. Kiçik olanda futbolçu yox, məhz "Barsa" oyunçusu olmaq istəmişəm. Şənbə günü keçiriləcək matç mənim sonuncu oyunum olacaq. Daimi azarkeş olacam, komandanı dəstəkləyəcəm. Valideynlərim kimi mən də "Barsa"ya olan sevgimi övladlarıma ötürəcəm", - deyə, Jerard qeyd edib.

Milli.Az


Etiketlər:  Pike karyerasını bitirdiyini açıqladı


RƏYLƏR