Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda qazanxanadan 135 min manatlıq istilik sistemləri oğurlayan şəxslər həbs ediliblər (FOTO)

Bakıda qazanxanadan 135 min manatlıq istilik sistemləri oğurlayan şəxslər həbs ediliblər (FOTO)

Tarix: 2 May 2019 14:09

Bakı. Trend:

Nəsimi rayonunda yerləşən şirkətlərdən birinin qazanxanasından oğurluq edilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, zərərçəkən şirkət rəhbərliyi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək qazanxanadan naməlum şəraitdə dəyəri 135 000 manat olan istilik sistemləri və avadanlıqlarının oğurlandığını bildirib.

Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Eldəniz Abbasov və Bərdə rayon sakini Vüsal Məmmədov saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində etdikləri oğurluğu etiraf ediblər. Onlar izahatlarında əldə etdikləri avadanlıqların bir qısmini satdıqlarını bildiriblər.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. E.Abbasov və V.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda qazanxanadan manatlıq istilik sistemləri oğurlayan şəxslər həbs ediliblər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ