Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2022 08:34
"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının favoritini açıqlayıb.
O deyib: "İngiltərənin dünya çempionatının kubokunu qazanmaq şansı var, çünki heyət çox güclüdür. Mən "Mançester Yunayted"in qayğısına qalmalıyam, amma hesab edirəm ki, İngiltərə turnirin əsas favoritlərindən biridir".
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-də Qətərdə başlayacaq. İngiltərə İran, ABŞ və Uelslə B qrupunda mübarizə aparacaq.
İngiltərə millisi sonuncu dəfə 1966-cı ildə dünya çempionu olub.