Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Peruda onlarla turist girov götürüldü -

Peruda onlarla turist girov götürüldü -

Tarix: 5 Noyabr 2022 09:00

Peruda yerli sakinlər hökumətə etiraz məqsədilə onlarla xarici turisti girov götürüblər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Britaniya, İspaniya, ABŞ, Fransa və İsveçrə vətəndaşları da daxil olmaqla, 70 qayıq sərnişin girov saxlanılıb.

Etirazçılar bildirib ki, Urarinas bölgəsində neft borusunda problem yaransa da, hakimyyət onun həllinə çalışmır:

"Biz bununla hakimiyyətin fəaliyyətsizliyinə diqqəti cəlb etməyə çalışırıq. Hətta əvvəllər boru kəmərindən Kuniniko çayına sızan neft bölgədə bir qadın və iki uşağın ölümünə səbəb olub".

Onlar ələ keçirilən turistləri təxminən bir həftə saxlamağı planlaşdırıblar.

Qeyd edək ki, girovlar arasında körpə və müxtəlif dərəcəli əlilliyi olan bir neçə nəfər var.

Yerli hakimiyyət orqanları etirazçıların tələblərini qəbul etdiklərini bildiriblər.

Onlar bunu əraziyə yaxınlaşaraq yerli sakinlərlə danışarkən deyiblər.

Qeyd edək ki, etirazçılar Urarinas bölgəsində neft boru kəmərində problem yaransa da, hakimiyyət orqanlarının onun həllinə çalışmadığını bildirirdilər.

Milli.Az


Etiketlər:  Peruda onlarla turist girov götürüldü


RƏYLƏR