Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2022 18:42
Yayda günəş şüalarından üz dərisini qorumaq mütləqdir. Bunun üçün SPF tərkibli kremlər istifadə edilməlidir. Bəzən isə ürəyinizcə spf tərkibli krem tapa bilmirsiniz.
Sonxeber.net Axşam.az-a istinadən evdə hazırlaya biləcəyiniz, spf effektli maskalar təqdim edir:
Bütün dəri növünə uyğun olan maska:
2 xörək qaşığı bal
1 stəkan kokos yağı
2 kapsul E vitamini
4 xörək qaşığı təbii aloe geli
1 xörək qaşığı qreypfrut ekstraktı
5 xörək qaşığı saf sink oksidi
Hazırlanması:
Kiçik bir qaba kokos yağını töküb əridin. İçərisinə bal tökün. Sonra oddan götürüb, E vitamini əlavə edin. Axırda aloe geli və sink oksidini töküb qarışdırın. Sonda qreypfrut ekstraktı əlavə edin. Qaranlıq və sərin yerdə şüşə qabda saxlayın. Günəş altında gəzərkən dərinizə çəkin.
Hər gün istifadə edə biləcəyiniz günəş kremi:
1 rəndələnmiş kök
Yarım ovuc mixək
1 çubuq darçın
1 xörək qaşığı düyü nişastası
Zeytun yağı
Hazırlanması:
Bir bankaya sürtgəcdən keçirilən kökü tökün. mixək və darçın çubuğunu, bankanın ağzı dolana qədər zeytun yağı əlavə edin. Sonda düyü nişastasını tökün və 15 gün günəş vuran yerdə saxlayın. Günəş altında gəzərkən istifadə edə bilərsiniz.