Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Zəfər Günü” münasibətilə 19 avtobusun hərəkəti dəyişdiriləcək

“Zəfər Günü” münasibətilə 19 avtobusun hərəkəti dəyişdiriləcək

Tarix: 6 Noyabr 2022 21:10

8 Noyabr Zəfər Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətinin yürüşü ilə əlaqədar avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, yürüşün təşkil olunacağı 3 istiqamət üzrə ümumilikdə 19 sayda marşrutun (3, 5, 6, 10, 17, 18, 31, 37, 39, 53, 65, 77, 88, 96, 125, 127, 205, 206 və E1) hərəkəti müəyyən olunan saatlarda məhdudiyyətlərə uyğun alternativ küçələrdən keçməklə təşkil ediləcəkdir.

Milli.Az


Etiketlər:  Zəfər Günü münasibətilə avtobusun hərəkəti dəyişdiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ