Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə sərnişin avtobusu aşdı: 3 ölü, 32 yaralı -

Türkiyədə sərnişin avtobusu aşdı:  3 ölü, 32 yaralı -

Tarix: 6 Noyabr 2022 21:12

Türkiyədə Anadolu şosesinin Bolu hissəsində sərnişin avtobusu aşıb. Qəzada ilkin məlumata görə, 3 nəfər həyatını itirib, 32 nəfər yaralanıb.

İstanbul istiqamətində hərəkət edən və içərisində 37 sərnişinin olduğu avtobus sürücünün idarəetməni itirməsi nəticəsində baryerlərə çırpılıb.

Qəza yerinə çox sayda təcili yardım maşınları göndərilib. İlkin tibbi yardımdan sonra yaralılar Boludakı xəstəxanalara aparılıblar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az


Etiketlər:  Türkiyədə sərnişin avtobusu aşdı 3 ölü 32 yaralı


RƏYLƏR