Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" Avropada xal itirməyən yeganə komandadır

Tarix: 7 Noyabr 2022 12:18

"Qarabağ" cari mövsümdə Avropada yerli liqalarda keçirdiyi bütün oyunlarda qələbə qazanan yeganə komandadır.

Milli.Az report-a istinadən xəbər verir ki, "köhlən atlar" Azərbaycan Premyer Liqasındakı ilk 12 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib.

Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.

Son olaraq "Düdelanj" Lüksemburq çempionatının XI turunda "Svift Hesperange"yə 0:4 hesabı ilə yenilib. "Panatinaikos" isə Yunanıstan Super Liqasının XI turunda "Olimpiakos"la bərabərə qalıb - 1:1.

Qeyd edək ki, noyabrın 9-da oynanılacaq "Turan Tovuz" - "Qarabağ" qarşılaşması saat 14:30-da başlayacaq.

Milli.Az


Etiketlər:  Qarabağ Avropada xal itirməyən yeganə komandadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ