Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2022 14:35
"Konsertimdə pərt oldum. 50-70-ə qədər insan qayıtdı, getdi, oturmağa yer olmadı. Qohumlarımız belə otura bilmədi. Bəzi ziyalı xanımlar var idi ki, güllərin verib getməli oldular".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə bir neçə gün əvvəl 60 illik yubileyi münasibətiylə keçirilən konsertdən danışıb.
O bildirib ki, gecəyə çox sayda insan gəldiyi üçün oturmağa yer olmayıb. M.Eyubova əlaə edib ki, övladları onu dəhlizdə dinləməli olublar.