Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2022 16:02
Latviyanın şəhər merinin Krımı Rusiya ərazisi adlandırması qalmaqala səbəb olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Latviyanın Dauqavlips şəhərinin meri, "Saskana" sosial-demokrat partiyasının nümayəndəsi Andrey Elksninış deyib ki, Krım Rusiya ərazisidir. O, Buça qətliamına görə də Ukrayna və ABŞ günahlandırıb.
O, həm müharibədə, həm də Buça qətliamında Ukrayna diplomatlarını günahlandırıb.
Mer həmçinin Ukraynanın qələbəsinə ümid etmədiyini vurğulayıb:
"Baş vermiş bütün hadisələrə görə Rusiya, Ukrayna və ABŞ məsuliyyət daşıyır. Bu məsələdə ilk növbədə diplomatlar məsuliyyət daşıyır, çünki diplomatların uduzduğu halda ordu işə düşür".