Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda da çox rast gəlinən - BEHÇET xəstəliyi nədir?

Azərbaycanda da çox rast gəlinən - BEHÇET xəstəliyi nədir?

Tarix: 8 Noyabr 2022 21:27

Behçet xəstəliyi dərinin və selikli qişaların avtoimmun xəstəliyidir.

Bu dəri xəstəliyini ilk dəfə türkiyəli dermatoloq Hulusi Behçet ağızda yara, cinsiyyəy üzvlərində yara və uveit adlanan göz xəstəliyi əlamətləri ilə birgə təsvir etmişdir. Xəstəliyin adı da sonralar məşhur dermatoloq həkimin adı ilə əlaqələndirilmişdir.

Milli.Az medicina.az-a istinadən xəstəliyin əsas əlamətlərini təqdim edir.

Behçetin klinik əlamətləri əsasən ağızda yaralar ilə cinsi yaralar hesab edilir. Bundan başqa dəridə sızanaq şəklində özünü göstərən follikulitlər də Behçetin əlaməti ola bilir. Aşağı ətraflarda ağrılı qızartılar ilə şişkinlik Behçet xəstələrində tez-tez rast gəlinən digər dəri əlamətləridir.

Behçet xəstəliyi zamanı ağız boşluğunda ağrılı xoralar yaranır. Bu xoraların elmi adı aft olaraq keçir. Aft adlanan bu ağız xoralarının kənarları qırmızı ortası ağ rəngli olur. Afta bağlı yaranan ağız xoraları isə öz növbəsində oral aftoz stomatit yaxud sadəcə aftoz stomatit problemini yaradır. Aftoz stomatitə bağlı ağızda ağrılı yaralar qidalanma problemləri yaradaraq həyat keyfiyyətini aşağı salır.

Ağız boşluğunda yaralar sadəcə Behçet sindromunda yaranmır. Aftoz stomatit problemini yaradan başqa endogen və ekzogen səbəblər də vardır. Bəzi dəri xəstəlikləri var ki, ağızda aftoz olmayan yaralara səbəb olur. Ümumiyyətlə ağızda yara verən 1001 dəri xəstəliyi mövcuddur. Ağız boşluğunun onkoloji xəstəlikləri, avtoimmun bulyoz xəstəlikləri, infeksioz xəstəliklər ağız yaralarının səbəbi ola bilər. Ona görə Behçet sindromu diaqnozu qoyularkən başqa əlamətlər də nəzərə alınır. Dermatoloq tərəfindən əlavə analizlərə və müayinələrə ehtiyac duyulur. Xəstə hər tərəfli müayinə edilir. Ətraflı anamnez toplanır.

Eləcə də həm kişilərdə, həm də qadınlarda ağrılı cinsi yaralar da tez-tez rast gəlinir. Behçet sindormu zamanı genital bölgənin yarası dərin və ağrılı olur. Kişilərdə xayada, aralıqda, qasıqda 1-2 ədə yara şəklində özünü göstərir. Qadınlarda isə qasıqda, böyük və kiçik dodaqlarda o cümlədən vaginal girişin ətrafında da yarana bilir. Şiddətli ağrıdan dolayı həyat keyfiyyətini aşağı salır və xəstələri ən qısa zamanda dəri həkiminə götürür. Qeyd etmək lazımdır ki, Behçetə bağlı qasıqda yara cinsi yolla keçən zöhrəvi xəstəlik sayılmadığı üçün yolxucu deyil, qarşı tərəfə ötürülməz. Ümumiyyətlə Behçet sindromu həm dərinin, həm də ağız boşluğunun non-infeksioz, yolxucu olmayan xəstəliyidir.

Behçetin müalicəsi və profilaktikası erkən başlanılmalıdır.
Ağız yaralarının müalicəsi erkən başlanıldığı təqdirdə xəstəliyin dərinləşərək daxili orqanlara sirayət etməsi də durdurula bilər.

Milli.Az


Etiketlər:  Azərbaycanda da çox rast gəlinən BEHÇET xəstəliyi nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ