Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pərvizdən Rəşad Dağlı ilə bağlı paylaşım: ''Ağlımın ucundan da keçməzdi ki... - FOTO

Pərvizdən Rəşad Dağlı ilə bağlı paylaşım: ''Ağlımın ucundan da keçməzdi ki... - FOTO

Tarix: 9 Noyabr 2022 18:10

Məşhur meyxanaçı Pərviz Bülbülə Rəşad Dağlı ilə bağlı paylaşım edib.

Sonxeber.net sfera.az-a istinadla xəbər verir ki, meyxanaçı Rəşad Dağlının şəklini paylaşaraq yaşanan hadisənin onun üçün gözlənilməz olduğunu qeyd edib:

"Ağlımın ucundan da keçməzdi ki,səninlə paylaşdığım şəkilin şərhində "Allah fərəc versin yazaram. Allah qapını açsın, şair...". 

Qeyd edək ki, bu gün səhər saatlarında tanınmış meyxanaçı Rəşad Dağlı (Əmirov) qonşusu İsgəndər Mehtiyevi bıçaqlayaraq qətlə yetirib. Meyxanaçı qətli törətdikdən sonra özü polisə təslim olub. Sfera.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Rəşad Dağlı polisə verdiyi ifadədə aralarında məişət zəminində mübahisə baş verdiyini bildirib və qətli şüurlu şəkildə, öldürmək məqsədilə törətdiyini etiraf edib. 

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Etiketlər:  Pərvizdən Rəşad Dağlı ilə bağlı paylaşım Ağlımın ucundan keçməzdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ