Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2022 22:22
Ukrayna Rusiya ordusunun Xersonu döyüşsüz tərk etməsinə dair əlamətləri görmür.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Mixail Podolyak bildirib.
Podolyak qeyd edib ki, Rusiya ordusunun böyük hissəsi Dneprin sol sahilində qalıb və əraziyə əlavə qüvvələr cəlb edilir. Ukrayna dövləti bəyanatlara deyil, öz kəşfiyyatına inanır.
Bu arada, Ukrayna Prezidenti Voldimnir Zelenski Xerson vilayətinin yaşayış məntəqələrində 4 hərbi administrasiya yaratmaq barədə fərman imzalayıb. Baş qərargaha sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.