Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ gəmi əleyhinə raketi sınaqdan keçirib

ABŞ gəmi əleyhinə raketi sınaqdan keçirib

Tarix: 4 Oktyabr 2019 23:52

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələri Quam adasının sahil sularında NSM gəmi əleyhinə raketi uğurla sınaqdan keçirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Sakit Okean Donanmasının bəyanatında bildirilib.

Bəyanatda deyilir: "ABŞ Donanmasının Independence sinifindən olan sahil döyüş gəmisi "Gabrielle Giffords" oktyabrın 1-də "Pacific Griffin" təlimləri zamanı NSM raketin imkanlarını uğurla nümayiş etdirib".

Bildirilir ki, bu, Hind-Sakit okean bölgəsində belə bir raketin ilk buraxılışıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ gəmi əleyhinə raketi sınaqdan keçirib


RƏYLƏR