Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtlər iki yaşlı uşağı öldürdü

İtlər iki yaşlı uşağı öldürdü

Tarix: 10 Noyabr 2022 20:30

Avstraliyada iki yaşlı uşaq otelin arxasında iki itin hücumuna məruz qalaraq ölüb.

Milli.Az bildirir ki, bu barədə Mirror yazıb.

Avstraliyalı qadının, Keşa Pollardın ailəsi, onun iki yaşlı oğlu Ceydon və iki qızı Yeni Cənubi Uelsin Kaur şəhərində yol kənarındakı oteldə qalıblar. Qonaqların qohumunun sözlərinə görə, uşaqlar tez-tez yerli itlərlə oynayıblar, lakin naməlum səbəbdən noyabrın 8-i çərşənbə axşamı səhər iki it oğlana hücum edərək onu dişləyərək öldürüblər.

Boynundan, üzündən və əllərindən ciddi xəsarət alan Ceydon Kaura xəstəxanasına, daha sonra helikopterlə Sidneydəki Qərb xəstəxanasına aparılıb və orada dünyasını dəyişib. Rotveyler və çoban itinin "Country Gardens Motor Inn" əməkdaşlarına məxsus olduğu və heyvanların indi yerli hakimiyyət orqanları tərəfindən ələ keçirildiyi bildirilib.

Bəzi məlumatlara görə, faciə ana və iki bacının gözü qarşısında baş verib, digər mənbələr itin hücumunun otelin həyətində baş verdiyi üçün şahidlərin olmadığını iddia edib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  İtlər yaşlı uşağı öldürdü


RƏYLƏR