Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ayan Babakişiyeva ƏRƏ GEDİR? - VİDEO

Ayan Babakişiyeva ƏRƏ GEDİR? - VİDEO

Tarix: 12 Noyabr 2022 17:15

"Toy mütləq olacaq. Bu, danılmazdır. Bunu istəsəm də gizlədə bilmərəm". 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "MTV maqazin" verilişinə müsahibəsində deyib. 

Yenidən ailə quracağını açıqlayan sənətçi bu məsələdə "yüz ölçüb, bir biçdiyini" dilə gətirib: 

"Çox istəyərəm ki ailəm, qurduğum yuvam, ocaq heç zaman sönməsin. Ona görə bəlli məsələlər var ki, onu yüz ölçüb, bir biçəsən. Bu həyatda tək olsan, cavabdehlik etdiyin bir şəxs olmasa, ürəyinlə hərəkət edə bilərsən. Amma övladım var. Ona görə də bu seçimin üstündə çox ölçülər aparıram". 

A.Babakişiyeva sevəcəyi şəxsin həyatda bəlli yeri və mövqeyinin olmasının vacibliyindən də danışıb: 

"Həyatımda olan insan artıq bilir ki, mənim həyatımdadır. Mənim hansı standartlarım olmalıdır? Bahalı ev, avtomobil, özəl təyyarə istəyirəm? Siz nəyi deyirsiniz? Standartlar yoxdur. Mən Ayanam. Sevdiyim insanın görünüşü ilə bağlı söylənilən fikirlər önəmli deyil. Çünki onu sevirəm, istəyirəm və onunla xoşbəxtəm. Mən Ayanam - öz çəkimi, dəyərimi və statusumu çox gözəl bilirəm". 

Qeyd edək ki, A.Babakişiyevanın Selena adlı bir qızı var. 

Milli.Az


Etiketlər:  Ayan Babakişiyeva ƏRƏ GEDİR VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ