Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2022 23:00
ABŞ Ukraynaya növbəti hərbi yardım paketi hazırlayır. Bu barədə yaxın həftələrdə məlumat veriləcək.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.
"Siz bu günlərdə elan etdiyimiz yardım paketindən xəbərdarsınız. Yaxın həftələrdə növbəti paket elan olunacaq" - deyə Sallivan vurğulayıb.
Müşavirin sözlərinə görə, ikinci paket də əvvəlki həcmdə olacaq.