Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2022 11:18
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İstanbulda törədilən terror aktı nəticəsində insan tələfatı ilə əlaqədar türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan XİN başçısı "Twitter"də paylaşım edib.
"İstanbulda baş vermiş ölümcül partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram", - Mirzoyan bildirib.
Xatırladaq ki, ötən gün İstanbulda partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər xəsarət alıb.