Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış aktrisanın aktyor atası vəfat edib - FOTO

Tanınmış aktrisanın aktyor atası vəfat edib - FOTO

Tarix: 15 Noyabr 2022 12:10

Hollivud ulduzu Cennifer Enistonun atası, amerikalı aktyor Con Eniston vəfat edib.

Bu barədə aktrisanın özü məlumat verib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Eniston sosial şəbəkədə atası üçün "Sən ən gözəl insanlardan biri idin" yazıb.

Qeyd edək ki, aktrisanın atasının əsl adı Yannis Anastasakisdir. Gələcək aktyorun ailəsi iki yaşında ikən Kritdən ABŞ-a mühacirət edib.

Mərhum televiziya seriallarındakı rolları ilə tanınıb. O, 1985-ci ildən rol aldığı "Həyatımızın günləri" serialı sayəsində populyarlıq qazanıb.

Aktyor 90 yaşında dünyasını dəyişib.


Etiketlər:  Tanınmış aktrisanın aktyor atası vəfat edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ