Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cadugərliyə görə 20-dən çox qadın öldürüldü

Cadugərliyə görə 20-dən çox qadın öldürüldü

Tarix: 15 Noyabr 2022 17:46

"Boko Haram" qruplaşmasının terrorçuları Nigeriyanın şimal-şərqində cadugərlikdə şübhəli bilinən 20-dən çox qadını qətlə yetiriblər.

Qətliama səbəb silahlı qrupun komandirlərindən birinin üç uşağının qəfil ölümü olub. Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, Ahraza kəndinin (Borno ştatı) 40-dan çox sakinini hadisədə iştirakda ittiham edib.

Nəticədə "Boko Haram" üzvləri 14 qadını, sonra daha 12 qadını güllələyiblər. Onların hamısı terrorçular tərəfindən cadugər olmaqda günahlandırılıb.

Borno əyalətində qruplaşma tərəfindən tutulan digər qadınların taleyi hazırda məlum deyil.

Hadisə ilə bağlı Nigeriya təhlükəsizlik xidmətləri araşdırma aparır.


Etiketlər:  Cadugərliyə görə dən çox qadın öldürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ