Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Həqiqətən yaxşı dost olduq"

Tarix: 15 Noyabr 2022 20:10

Amerikalı aktyor Silvestr Stallone həmkarı Arnold Şvartseneggeri bəyənmədiyini xatırlayıb.

Milli.Az bildirir ki, bu barədə "Forbes" məlumat yayıb.

Aktyor 1980-ci illərdə Şvartseneggeri rəqabətə görə bəyənmədiyini bildirib. "Bu, onun təbiətində var, o, mənim kimi çox rəqabətlidir. Ekran arxasında yarışdıq və bu, sağlam deyildi. Amma biz həqiqətən yaxşı dost olduq", - Stallone bildirib.

O aydınlaşdırıb ki, mürəkkəb münasibətlər hər iki aktyorun aksiya janrının pionerləri olması səbəbindən yaranıb. "The Expendables" və "Escape Plan" filmlərində birlikdə rol aldıqları zaman münasibətləri yaxşılaşıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Həqiqətən yaxşı dost olduq


RƏYLƏR