Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlin ən populyar parolları açıqlandı

İlin ən populyar parolları açıqlandı

Tarix: 16 Noyabr 2022 09:18

"Password" (ingiliscədən tərcümədə açar söz - red.) insanların 2022-ci ildə hesablarını qorumaq üçün istifadə etdikləri ən populyar parol olub.

Bu barədə 30 ölkədə parolları təhlil edən parol meneceri "NordPass"ın hesabatında deyilir.

Məlumata görə, bu söz ən çox Avstraliya, Böyük Britaniya və Hindistanda istifadə olunub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ikinci ən populyar seçim 123456 olub və son iki il ərzində dünyanın ən zəif parollarının siyahısında ilk yeri tutub. Belə parol bu il Braziliya, İndoneziya, İtaliya, Çili, Kanada, Kolumbiya, Macarıstan, Malayziya və bir sıra digər ölkələrdə ən populyar olaraq qalıb.

Rəqəmlərin daha mürəkkəb kombinasiyası olan 123456789 ilk üçlüyü qapayır. "Lakin bu, daha etibarlı deyil. Belə parolun sındırılması xüsusi kompüter proqramları üçün bir saniyədən az vaxt aparır", - hesabatda deyilir.

ABŞ-da ən populyar parol "guest" (ingiliscədən tərcümədə qonaq - red.) sözü olub. O, dünyada dördüncü ən populyar kod sözü mövqeyində qərarlaşıb. Beşinci yerdə duran "qwerty" ingilis klaviatura düzümündə ardıcıl hərflərin birləşməsidir. Ondan sonra 12345678, 111111, 12345 kimi müxtəlif sadə ədəd birləşmələri gəlir.


Etiketlər:  İlin populyar parolları açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ