Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2022 13:03
Sabah Azərbaycanın İrandakı səfirliyinin qarşısında aksiya gözlənilir.
Həsən İranşəhri adlı iranlı "Tvitter" istifadəçisi Azərbaycanı təhqiramiz şəkildə "Bakı Respublikası" adlandıraraq yazır:
"Bakı Respublikasının səfirliyi qarşısında etiraz aksiyası! Pantürkizm illüziyasına qarşı".
Qeyd edək ki, aksiyanın İran hökumətinin qatı anti-Azərbaycan ideoloqu Əliəkbər Raefipurun təşkilatçılığı ilə keçiriləcəyi gözlənilir.
Dünən Müsavat partiyası İranın Bakıdakı səfirliyinin qarşısında aksiya keçirməyə cəhd edib. Sözügedən aksiyanın qarşısı polis tərəfindən alınıb.