Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kobra” Pərviz karyerasını niyə bitirir?

“Kobra” Pərviz karyerasını niyə bitirir?

Tarix: 16 Noyabr 2022 14:10

"İdman karyeramda son addımlarımdır. İş adamı olmaq, yeni layihələr reallaşdırmaq istəyirəm".

Sonxeber.net xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında "Kobra" ləqəbli peşəkar kikboksçu Pərviz Abdullayev deyib. O, karyerasını bitirmə səbəbindən və bundan sonra hansı işlə məşğul olacağından söhbət açıb:

"Dekabrın 18-i Türkiyənin Alanya şəhərində "FFC" Beynəlxalq Döyüş Yarışında iştirak edəcəyəm. Döyüş canlı yayımlanacaq. Avropalı rəqibimin kimliyi bu yaxınlarda bəlli olacaq. Daha sonra Bakıda da döyüş planım var. Onu qeyd edim ki, bu, mənim karyeramda son addımlarımdır. 

Həm iş adamı olmaq istəyirəm, həm də gələcəkdə film, və ya layihələr reallaşdırmaq istəyirəm. Bu yolda irəliləyirəm. 

Hər sahədə olduğu kimi, idmandan da zamanında getmək daha yaxşıdır.  Artıq 36 yaşım var və olduğum sahədə kifayət qədər uğurlar qazanmışam. Məncə, 36-37 yaş idmanın bitdiyi yaşdır. Gənc döyüşçülər, idmançılar yetişir. Ümumiyyətlə, 2016-cı ildən bu yana heç bir döyüşdə məğlub olmamışam və istəmirəm. Vaxtında idmanı tərk etmək lazımdır. Həm də ki, görəcəyim başqa işlər var. Tez zamanda insanlarla bölüşəcəyəm". 

Qeyd edək ki, 6 qat dünya çempionu olan Pərviz Abdullayev 2020-2021-ci illərdə "Survivor Türkiye" yarışmasında iştirak edib. 


Etiketlər:  Kobra Pərviz karyerasını niyə bitirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ