Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lənkəranda uçqun olub - VİDEO

Lənkəranda uçqun olub - VİDEO

Tarix: 16 Noyabr 2022 15:14

Son günlər yağan aramsız yağışlar Lənkəranda sürüşmə zonasında olan torpaq axınını aktivləşdirib.

Rayonun Vilvan kəndində Veravulçayın ətrafında yaşayanlar üçün təhlükə yaranıb. Yağışlar nəticəsində ərazidə torpaq sürüşüb. Çayın kənarında baş verən torpaq uçqunu evlərə yaxınlaşmaq üzrədir.

Bu halın baş verməməsi üçün sakinlər dəfələrlə aidiyyəti üzrə müraciət etdiklərini deyirlər.

Səlahiyyətli şəxslər əraziyə baxış keçiriblər, müvafiq qeydlər aparıblar.

10-a yaxın ailənin yaşadığı ərazidə sürüşmə zonası hələ də aktivdir.

Milli.Az Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Lənkəranda uçqun olub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ