Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2022 16:34
Rusiya Elmlər Akademiyasının Tətbiqi Riyaziyyat İnstitutundan yerli astronom Leonid Yelenin Yerə yaxınlaşan yeni asteroid kəşf edib.
Sonxeber.net bildirir ki, bu barədə "İzvestiya" məlumat yayıb.
Qeyd edildiyi kimi, 2022 VG2 adlanan obyektin diametri təxminən 13 ilə 31 metr arasındadır. Bunu Monqolustan Xureltoqot rəsədxanasında yerləşən Rusiyanın ORI-40 teleskopu sayəsində müəyyən etmək mümkün olub. Hələlik kosmik cismin dəqiq kütləsini və formasını müəyyən etmək mümkün olmayıb.
Asteroid böyük sürətlə hərəkət edir. NEOCP 2022 xidmətində alınan məlumatların dərcindən sonra VG2 Rusiya, ABŞ və Avropa ölkələrindən onlarla rəsədxana tərəfindən təsdiqlənib.
Asteroid Apollon ailəsinin Yerə yaxın, yəni planetimizin orbitindən keçən kimi təsnif edilib.
İrfan Vəliyev