Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2022 22:24
Emin Mahmudov Azərbaycan milli komandasının heyətində ən çox qol vuran futbolçuların sıralamasında ikinci pilləyə şərik olub.
Sonxeber.net "report"a istinadən bildirir ki, Moldova ilə yoldaşlıq oyununun 28-ci dəqiqəsində fərqlənən yarımmüdafiəçi yığmada ümumilikdə 9-cu qoluna sevinib.
Milli forma ilə 35-ci matçında bunu bacaran Mahmudov komandanın keçmiş hücumçusu Vaqif Cavadova çatıb.
Qeyd edək ki, milli komandada qol rekordu hazırda "Qarabağ"ın baş məşqçisi olan Qurban Qurbanova məxsusdur. O, yığmanın formasında 14 dəfə rəqibləri məyus edib.