Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2022 10:06
Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları 16 yaşlı qızın nişanlanması ilə bağlı valideynlərinə xəbərdarlıq edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidovm Sonxeber.net-a bildirib ki, faktla bağlı Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunur.
"Polis əməkdaşları məktəblinin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub. Valideynləri isə ailə daxilində kiçik bir mərasimin keçirildiyini səmimi etiraf edərək, övladlarının hal-hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər", - DİN rəsmisi vurğulayıb.
Xatırladaq ki, noyabrın 16-da Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə Kürdəmirdə məktəbli qıza nişanlanması ilə bağlı paylaşım etmişdi.