Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvanda faşist Njde ilə Xamneyinin eyni rənglə ''boyanmasının'' rəmzi mənaları...

İrəvanda faşist Njde ilə Xamneyinin eyni rənglə ''boyanmasının'' rəmzi mənaları...

Tarix: 17 Noyabr 2022 10:57

Elşad Həsənov: "Bu hadisə İran siyasiləri arasında böyük səs-küy yaradacaq"

İrəvanda qəribə hadisə baş verib. Erməni mediası bu hadisəni "vandalizm aktı" kimi təqdim edib. Belə ki, Ermənistan paytaxtında faşist Qaregin Njdenin abidəsi təhqir edilib.

Erməni mediası bildirir ki, naməlum şəxs onun üzərinə sarı boya ilə farsca "Xamneiyə ölüm" yazıb. Bildirilir ki, bir neçə digər abidələrin də üzərinə İran əleyhinə şüarlar yazılıb.

Bu nə mesaj sayıla bilər?

Siyasi şərhçi Elşad Həsənov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Ermənistanda baş verən hadisələr və Qaregin  Nıjde abidəsinin vandal edilməsi bir - biri ilə əlaqəlidir: "Bilirik ki, Qaregin Njde faşizmə qulluq edən, faşizmi təbliğ edən, faşistlər tərəfindən sovetə qarşı döyüşən biri olub. Ancaq bu gün Rusiyanın bütün etirazlarına baxmayaraq, ermənilər özlərinin "milli qəhrəmanı"  kimi ona abidə ucaltdılar. Qaregin  Njde sovet düşüncəli adamlar üçün satqın, faşizmə qulluq edən bir insan idi. Ancaq indiki erməni  siyasətçiləri  üçün o "milli qəhrəman" olub. Maraqlıdır ki, Qaregin  Njde ilə yanaşı Argentinanın milli qəhrəmanı Manuel Belqranonun abidəsi də təhqir edilib, eyni şeylər onun da abidəsinin üzərinə farsca yazılıb. Orada da "Xamneyiyə ölüm" yazıblar. Bu maraqlıdır. Çünki Ermənistan İranla dostdur. İran müharibə dövründə daim onları dəstəkləyib. Son zamanlarda isə İran siyasiləri bildirib ki, Ermənistanın təhlükəsizliyi bizim milli məsələmizdir. İrəvanda da İran rejiminə müxalif adamlar var. Və yaxud  da İrandan gəlmiş insanlar öz etirazlarını bildiriblər. Abidənin üzərinə yazılan yazının xüsusi seçilməsinin səbəbi bunun rezonans doğurmasıdır. Bu mənada diqqət çəkən məqamdır. Mən hesab edirəm ki, bu hadisə  İran siyasiləri arasında böyük səs - küy yaradacaq. Belə hadisələrin gələcəkdə də baş verməməsi üçün Ermənistan xüsusi xidmət orqanları lazım gələn işləri görsələr də, belə hallar baş verəcək. Çünki İranın öz xalqına qarşı apardığı qanlı faşist siyasəti təkcə İranda, Cənubi Qafqazda yox, digər ölkələrdə də pis qarşılanır və etiraza səbəb olur".

Qeyd edək ki,  Njde  günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir. Əgər bu təkcə əvvəlki faşist hakimiyyətlə bağlı olsaydı, dərd yarı idi. Ancaq əfsuslar olsun ki, indiki Ermənistan hakimiyyəti faşistləri təbliğ edir, onları müdafiə edir. Rusiya faşizmin qəhrəmanlaşdırılmasına qarşı gedən mübarizədə ön sıralardadır, Azərbaycan kimi. Bu məsələ ilə bağlı Rusiya tərəfi ilə dəfələrlə fikir mübadiləsi olub. Prezidentlər, digər vəzifəli şəxslər, ictimai təşkilatlar səviyyəsində biz həmfikirik. Faşizmin baş qaldırmasına yol vermək olmaz. İkinci Dünya müharibəsinin tarixi ilə bağlı təhrifetmə cəhdlərinə son qoyulmalıdır. Bu siyasət dünyanı uçuruma aparacaq. Faşizmi qəhrəmanlaşdırmaq olmaz. Amma bir tərəfdən Ermənistan rəsmən bu fikirlərə qoşulsa da, faktiki olaraq Njde kimi faşistin qəhrəmanlaşdırılması ilə bağlı konkret addımlar atır. Bugünə qədər Ermənistanda, İrəvanda faşist Njdenin adını daşıyan küçələr, meydanlar, metro stansiyası var, ona böyük - altı metrlik abidə qoyulub. Bu abidə bugünə qədər sökülməyib. Hətta lazım olanda bu abidədən siyasi məqsədlər üçün də  istifadə edirlər.


Etiketlər:  İrəvanda faşist Njde ilə Xamneyinin eyni rənglə boyanmasının rəmzi mənaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ