Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İstanbuldakı terror aktının əmrini ABŞ mənşəli mənbələr verib”

“İstanbuldakı terror aktının əmrini ABŞ mənşəli mənbələr verib”

Tarix: 17 Noyabr 2022 13:26

Türkiyənin İstanbul şəhərində törədilən terror aktı ilə bağlı yeni detallar üzə çıxıb.

Sonxeber.net "report"a istinadən xəbər verir ki,  "Milliyət" qəzeti terror əmrini ABŞ mənşəli mənbələrin verdiyini yazıb.

Buna sübut kimi terrorçunun telefon zəngləri və mesajlaşmaları göstərilir.

Qeyd edək ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Terror aktını törətməkdə şübhəli bilinən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.

Xatırladaq ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu terror aktı ilə bağlı ABŞ-ın başsağlığını qəbul etmədiklərini açıqlamışdı.


Etiketlər:  İstanbuldakı terror aktının əmrini ABŞ mənşəli mənbələr verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ