Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İt altı yaşlı uşağı digər itin hücumundan xilas etdi - VİDEO

İt altı yaşlı uşağı digər itin hücumundan xilas etdi - VİDEO

Tarix: 17 Noyabr 2022 19:42

ABŞ-da alman ovçarkası altı yaşlı uşağı başqa bir itin hücumundan xilas edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, tank adlı it sahibinin altı yaşlı oğlu ilə oynayarkən onlara qonşunun iti yaxınlaşıb. Yad heyvan qəfildən uşağa hücum edib, lakin ovçarka azyaşlının müdafiəsinə qalxıb.

Ailənin qonşusu səs-küyə tərəf qaçıb itini tutana qədər Tank uşağı qoruyub. Nəticədə, oğlan yalnız kiçik bir qorxu hissi ilə xilas olub.

Daha sonra uşağın anası hadisə yerindən kadrları sosial şəbəkələrdə yayımlayıb. İstifadəçilər itlərin sədaqətini və Tankın cəsarətini xüsusi qeyd ediblər.


Etiketlər:  altı yaşlı uşağı digər itin hücumundan xilas etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ