Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2022 20:42
Cənubi Afrikanın Qərbi Kap əyalətində meymunlar istirahət edənlərin kirayə götürdükləri dəbdəbəli mənzilə soxulub, səhər yeməyi üçün hazırlanmış avokadoları yeyib və bütün konyakları içiblər.
Sonxeber.net bildirir ki, heyvanların yer aldığı video "Daily Star"ın diqqətini çəkib.
Zoi Uilyams dostları ilə birlikdə "Airbnb" vasitəsilə pəncərədən möhtəşəm mənzərəsi olan beş otaqlı mənzil kirayələyib. Evə çatanda dostlar görüblər ki, otağa bir sürü meymun girib. İnsanların gəlişindən əvvəl meymunlar bütün konyakları içib səhər yeməyini yeyiblər.
Qadın heyvanların həyasızlığına heyran olub və hadisəni videoya çəkib. Tvitterdə yerləşdirdiyi paylaşımların birində meymunun yerə bir stəkan konyak qoyub hovuzun kənarında gəzdiyini görmək olar. Meymun sanki terrasdan mənzərədən həzz alıb. "O, bütöv bir stəkan içdi", - videonun müəllifi deyib.
Başqa bir görüntüdə meymunlardan birinin mətbəx masasında oturaraq çipsi paketini açması əks olunub.
İrfan Vəliyev