Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qızla görüşə gedən kişi küçədə ölü tapıldı

Qızla görüşə gedən kişi küçədə ölü tapıldı

Tarix: 18 Noyabr 2022 21:00

Kolumbiyaya gələn amerikalı turist Tinder-də tanış olduğu yerli qızla görüşə gedib və bir neçə saat sonra küçədə ölü tapılıb.

Milli.Az bildirir ki, bu barədə "Daily Mail" yazıb.

Kaliforniyadan olan 27 yaşlı Pol Nguyen noyabrın 6-da dostu ilə Kolumbiyanın Medelyin şəhərinə tətilə gedib. Məlum olub ki, bir neçə gün sonra kişi Tinder-də yerli bir qızla tanış olub və birlikdə nahara getməyi təklif edərək onu görüşə dəvət etmək qərarına gəlib.

Nguyen sonuncu dəfə cümə axşamı, noyabrın 10-da saat 2:00 radələrində naməlum qadınla bardan çıxarkən görülüb. Bir neçə saatdan sonra küçədə turistin cəsədi tapılıb - müstəntiqlərin fikrincə, kişiyə narkotik verib qarət ediblər. Səyyahın yaxınları iddia ediblər ki, qətldə bir neçə nəfər iştirak edib və onun yeni tanışı sadəcə "yem" olub.

Nquyen 2022-ci ildə Medelyində öldürülən 25-ci xarici turistdir.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Qızla görüşə gedən kişi küçədə ölü tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ