Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ev şəraitində hazırladığınız balzam...

Ev şəraitində hazırladığınız balzam...

Tarix: 19 Noyabr 2022 08:12

Sağlam və parlaq saçlara sahib olmaq hər bir qadının arzusudur. Bunları əldə etmək üçün isə müxtəlif bahalı kimyəvi maddələrdən istifadə edilir. Lakin bəzi təbii vasitələr vardır ki, onlarla saçların uzanmasını stimulyasiya etmək olar. Bunlar üçün aşağıdakılar lazımdır:

* şampun - kondisioner 2 xörək qaşığı
* alma sirkəsi - 1 xörək qaşığı
* gənəcərçək yağı - 1 xörək qaşığı
* yumurta sarısı - 1 ədəd
Hazırlanması:
Yumurta sarını dərin qaba tökülür, üzərinə alma sirkəsi və gənəcərçək yağı tökülür və qarışdırılır. 2 xörək qaşığı şampun-kondisioner də qatıldıqdan sonra qarışdırılıb krem halına gətirilir.
Tətbiq edilməsi:
Qarışım yuyulmuş, yaş saçlara sürtülür və polietilen paketlə bağlanır. 20 dəqiqədən sonra maska yuyulub təmizlənir. Maskanı saçlara tətəbiq etdikdə ilk gündən onun effekti özünü göstərir.


Etiketlər:  şəraitində hazırladığınız balzam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ