Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2022 14:08
Ukraynaya qarşı ədalətsiz, təcavüzkar müharibə aparan Rusiyanın Dağlıq Qarabağ məsələsində qərəzsiz, obyektiv mövqe tutacağı çox böyük şübhə doğurur və hazırda Rusiya daha çox öz sülhməramlılarının Dağlıq Qarabağda qalma müddətini uzatmağa cəhd edir - bəli, bu sözləri avropalı diplomatlar deyirlər. Onların bu mövqeyi yetərincə əsaslı və haqlıdır.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, burada bəzi nüanslar var.
Birincisi, çox təəssüf ki, Qərb diplomatları bunu çox gec, otuz ildən sonra başa düşüblər.
Otuz il ərzində BMT TŞ-nın qərarları və tələbləri kağız üstündə qaldı, heç kim onları həyata keçirmək haqqında düşünmədi.
Elə ATƏT-in Minsk qrupunun həmsədrləri və üzvləri olan Qərb ölkələri də dörd qətnamənin tələblərini bir tərəfə qoyub münaqişənin nizamlanması üçün hansısa başqa "bazis prinsip"lər axtarmaqla məşğul oldular.
İkincisi, soruşmaq lazımdır: İndi nə olub? Doğrudanmı Qərb dövlətlərinin ağılları başlarına gəlib və onlar həqiqətən də problemi obyektiv yolla həll etməyə qərar veriblər? Yox, çox təəssüf, belə deyil.
Bəli, Makronun çabalarında obyektivlik və ədalətlilik axtarmağa dəyməz. Onun, necə deyərlər, dərdi başqadır. Bu adam Fransadakı erməni diasporunun rəğbətini və dəstəyini qazanmağa çalışır. Neçə ildən sonra o, iki dəfə ardıcıl prezident seçilən Fransa siyasətçisi oldu. Deyilənə görə, o, buna erməni diasporunun dəstəyinin sayəsində nail olub.
Amma ondan əvvəlki prezidentlər də ermənilərə biganə deyildilər və Ermənistanı Fransanın "kiçik bacı"sı adlandırırdılar, amma onlar ikinci dəfə prezident ola bilmədilər. Makronun bəxti onda gətirdi ki, onun prezidentliyi Ermənistan üçün çox həssas duruma təsadüf etdi. Əvvəlki prezidentlərin vaxtında, necə deyərlər, hesab ermənilərin xeyrinə idi - ermənilər nəinki Dağlıq Qqarabağa, hətta ondan kənarda xeyli rayona nəzarət edirdilər. İndi isə belə deyil, ermənilər hətta Dağlıq Qarabağda belə özlərini çox narahat hiss edirlər, onlar gündən-gündən küncə sıxışdırılırlar. Elə Maskronu ermənilər üçün canfəşanlıq etməyə vadar edən də budur, halbuki Azərbaycan bu vaxta qədər BMT TŞ-nın dörd qətnaməsindən kənara çıxmayıb. Sadəcə, Makronu BMT TŞ-nın qətnamələri yox, Azərbaycanın suverenlyi və ərazi bütövlüyü yox, daha çox ermənilərin maraqları, Fransadakı erməni diasporunun ona münasibəti məşğul edir.
Amerikalı konqresmen Nensi Pelosi də Ermənistana elə-belə səfər etməmişdi. Bir tərəfdən hazırki dövrdə ABŞ-ın Dağlıq Qarabağ məsələsində də Rusiyaya badalaq gəlməyə çalışması başadüşüləndir. Dünya yenidən bölüşdürülür və Cənubi Qafqazda da bu bölgünün predmetlərindən biri hesab olunur.
Amma burada bir nüans var. Söhbət Rusiyadan, onun bu regiondakı maraqlarından gedirsə, Vaşinqton gərək Azərbaycana dəstək versin, çünki geosiyasi planda Bakı ABŞ-a Ermənistandan bir köynək yaxındır. Amma ABŞ belə etmir, o, Rusiya ilə bir hərbi və siyasi ittifaqda olan Ermənistana dəstək verir.
Qərəz, çox dolaşıq bir durumdur. Özü də bütün müqamlarda. Biz bu sətirləri yazanda Paris Frankofoniya təşkilatının növbəti toplantısını keçirirdi. Ermənistan lideri də bura dəvətli idi. Bəlli olduğu kimi, erməni baş naziri nəinki ingilis, hətta rus dilində də çox pis danışır, biz hələ bunu fransız dili haqqında demirik, Paşinyanın fransız dilindən təsəvvürü belə yoxdur. Ona görə də sual yaranır: Emmanuel Makron Nikol Paşinyandan poliqlot düzəldə biləcəkmi? Bu, meymuna ali riyaziyyatı öyrətmək kimi bir şey olar...
Amma ilin bu iki ayı, xüsusən də noyabr Azərbaycan-Ermənistan münasibətləri prizmasından maraqlı olmağı vəd edir. Noyabrda tərəflər növbəti dəfə Brüsseldə görüşməlidirlər. Alınacaqmı? Görüş baş tutacaqmı? Bizə elə gəlir ki, baş tuta bilər, çünki Ermənistan elə təsəvvür yaratmağa çalışır ki, guya o, danışıqlar üçün açıqdır. Hər halda, gözləyək, görək, nə olur...